Reseptlər

Teriyaki toyuq qanadları

19/07/2020 320 Paylaş

Teriyaki Toyuq Qanadları resepti

  • Toyuq qanadlarını ikiyə doğrayırıq.
  • Qanadları marinada əlavə edirik.
  • Qanadları bişirik. Bu da ləziz nəticə!

Teriyaki Toyuq Qanadları hazırlanması

Zəncəfil tozu və sarımsaq tozunuz yoxdursa, təzə zəncəfil kökü və bir neçə diş sarımsağı sürtgəcdən keçirib marinada əlavə edin. Acı qanadlar üçün marinada zövqə görə acı bibər tozu vurun.

Ərzaqlar:

  • 2 kilo toyuq qanadı
  • 1 stəkan soya sousu
  • 1 stəkan qəhvəyi şəkər tozu
  • Bir stəkanın ücdə biri qədər zeytun yağı
  • Yarım çay qaşığından bir qədər çox zəncəfil tozu
  • Yarım çay qaşığından bir qədər çox sarımsaq tozu (sarımsaq tozu qurudulmuş sarımsağın toz halıdır)

Hazırlanma Qaydası:

Hər qanağı bıçaqla ordatan ikiyə bölün.

Teriyaki Chicken Wings

Marinadı hazırlamaq üçün qalan ərzaqları iri bir qabda qarışdırın. Qanadları marinada əlavə edib,  yaxşıca qarışdırdıqdan sonra, qabın üstünü örtüb ən az 8 saat müddətinə soyuducuya qoyun.

Teriyaki Chicken Wings

Sobanı 180Cdək qızdırın. Qanadları bir lay olaraq iri listə düzün (marınadı atın). Sobanın orta gözündə 1 saat ərzində və yaxud qanadlar qızaranadək bişirin. Bu düddət ərzində qanadlar su buraxarsa, suyu astaca boşaldıb qanadları bişirməyə davam edin. Hazır qanadlar sulu deyil, yaxşı qızarmış və bir qədər yapışqan olmalıdırlar.

Teriyaki Chicken Wings

Mənbə: azcoockbook.com