Reseptlər

Sobada ballı toyuq qanadı resepti

05/06/2020 2711 Paylaş

Amerikada qanad toyuğun ən məşhur hissələrindəndir. Hətta, xüsusi restoranlar var ki, menyularında yalnız qanad var, amma qanad dediyiniz adi qanad deyil. Bu qanadları müxtəlif şirin, acı souslarda marinə etdikdən sonra, qızğın yağda qızardırlar. 

SOBADA BALLI TOYUQ QANADI

  • 16 ədəd toyuq qanadı
  • 2 xörək qaşığı ketçup
  • 2 xörək qaşığı mayonez
  • 2 xörək qaşığı bal
  • zövqə görə duz
  • zövqə görə istiot
  • çörək qırıntısı (suxariki) – irilərindən olsa daha yaxşı olar

1. Toyuq qanadlarının ucunu kəsib atın. İri bir qabda qanadlar, ketçup, mayonez, bal, duz və istiotu yaxşıca qarışdırın. Soyuducuda ən azı 4 saat saxlayın (gecədən səhərə kimi qalsa, daha yaxşı olar).

2. İri listin dibinə kalka kağızı (baking paper) sərin. Çörək qırıntılarını dəyaz biz qaba qoyun.

3. Qanadların hər tərəfini qırıntıya batırıb listə düzün.

4. 200C-lik sobada təxminən 40 dəqiqə ərzində, və yaxud qanadlar bişib üstləri qızarana kimi bişirin. Nuş Olsun!

Mənbə: azcookbook.com