Reseptlər

Ovçusayağı toyuq

19/07/2020 336 Paylaş

Ovçusayağı Toyuq Resepti

Pollo Alla Cacciatora adlanan bu ləziz yeməyin İtaliyada bir çox növü var. Burada gördüyünüz ən sadələrindən biridir. “Caccioatore” İtalyanca “ovçüsayağı” deməkdir. Bu cür yeməklər adətən asan hazırlanan olur. Ovçular bilir işlərini. Molto delizioso!

4 pay üçün

Ərzaqlar:

  • Bİr ədəd kilo yarımlıq toyuq – tikələrə bölün
  • 1 ədəd iri soğan  – 8 yerə bölün
  • 2 ədəd quru dəfnə yarpağı
  • 2 zoğ təzə rozmarin
  • 2 xörək qaşığı kərə yağı – xırda kubiklərə doğrayın
  • Yarım kilo pomidor (5-7 ədəd) – soyun, ikiyə bölün, iridirlərsə, hər yarını 3-4 yerə bölün
  • Zövqə görə duz və istiot
  • Dörtdə bir stəkan zeytun yağı

Hazırlanma Qaydası:

Sobanı 205Cdək qızdırın. Ölçüləri 33 x 22 X 5 sm olan soba istisinə dəyanıqlı tavanı/qabı (mən istiyə dəyanıqlı şüşə qabda bişirirəm).

Buraya əvvəlcə toyuq və soğanı yerləşdirin. Dəfnə yarpağı və rozmarini toyuq və soğanın arasında yeləşidrin. Üstünə kərə yağını yerləşdirin. Pomidorları kəsilmiş tərəfi aşağıda olmaq şərtilə toyuğun ətrafında şəkildə gördüyünüz kimi düznü. Toyuğun üstünə zeytun yağı tökün. Duz və  istiotlayın. Yeməyi sobada toyuğun üstü bir az qızarana və yeməyin suyu çıxanadək bişirin, təxminən bir saat yarım ərzində.

Mənbə: azcookbook.com