Reseptlər

Ditalini Toyuq Şorbası

04/11/2020 83 Paylaş

Ditalini Toyuq Şorbası

Dietik və dadlı şorba...

8 nəfərlik

Ərzaqlar:

  • Toyuq filesi
  • 4 xörək qaşığı zeytun yağı
  • 4 xörək qaşığı un
  • ½ çay qaşığı duz
  • ¼ çay qaşığı üyüdülmüş qara bibər
  • 1 ədəd soğan
  • kərəviz
  • toyuq  bulyonu
  • ağ göbələk
  • yerkökü
  • 2 çay qaşığı ədviyyat
  • makaron

Hazırlanma Qaydası:

Un ilə zeytun yağı 3-5 dəqiqə tavada qovrulur. Daha sonra toyuğun filesi duz-istiot əlavə olunaraq, təxmini 6 dəqiqə bişirilir. Üzərinə 🥬 kərəviz və 🧅 soğan əlavə edilərək bir az da qovrulur. 

Daha sonra toyuq bulyonu, halqa formasında doğranmış kök, göbələk, əvvəlcədən hazırladığımız qarışım (un+zeytun yağı) əlavə olunaraq 5-10 dəqiqə qaynadılır. Sonda isə makaron əlavə edilərək 12 dəqiqə bişirilir.

Nuş olsun!