Reseptlər

“Daşarası” Toyuq və yaxud Azərbaycansayağı Tabaka

06/06/2020 2365 Paylaş

“Daşarası” Toyuq və yaxud Tabaka

Düzü, bu toyuğun sözün əsl mənasında daşarası adına laiq olması üçün gərək onu dədə-baba qaydasıyla, iki yastı çay daşı arasına qoyaraq bişirərdim. Mən isə onu müasir mətbəxin şərtlərinə əməl edərək bişirdim. Belə ki, müasir mətbəxdə, iki daş, tava və toyuğun üstünə yüklənmiş hər hansı bir ağırlıqla əvəz olunur. Beləliklə, daşarası olur tabaka. Deyirlər tabaka yeməyinin əsl vətəni Gürcüstandır, və tabaka Gürcü sözü tafa – yəni bizim bildiyimiz tava deməkdir. Mən biləni, Gürcüstanda hazırlanan tabaka xusisi turşməzə sousla süfrəyə verilir. Burada gördüyünüz tabaka isə Azərbaycansayağıdır. Nuş Olsun.

  • 1 ədəd toyuq (təxminən bir kilo, bir kilo yarımlıq)
  • 3 xörək qaşığı kərə yağı

Marinad Üçün:

  • 4 xörək qaşığı zeytun yağı
  • 1 xörək qaşığı qurudulmuş kəklikotu
  • 1 xörək qaşığı şirin qırmızı bibər tozu (paprika)
  • bir çay qaşığının dörtdə biri qədər döyülmüş  zirə
  • 8 diş sarımsaq – soyub əzin
  • 2 xörək qaşığı limon suyu
  • Duz
  • İstiot

Üstünə:

  • doğranmış keşniş
  • nar gilələri

Toyuğu yuyub qurulayın. Quyruğunu kəsib atıb. Toyuğu döşü üstə olmaq şərtilə mətbəx taxtasının üstünə qoyun. İti bıcaqla və ya mətbəx qayçısıyla döş sümüyünün ortasından elə kəsin ki, döş əti ikiyə bölünsün, amma toyuqdan ayrılmasın.  Toyuğu o tərəfə çevirib üstündən basın ki, yastılansın.

Marinadın ərzaqlarını bir qabda yaxşıca qarışdırın. Toyuğun hər tərəfinə bu marinadı çəkin. Toyuğu yastı qaba yerləşdirib, üstünü örtün və  marinə olması üçün soyuducuya qoyun – ən azı 3 saatlığına. Toyuq marinadda nə qədər çox qalsa, bişdiyində o qədər dadlı olar. Toyuq marinadda bir gecə də qala bilər.

Qalın tavada 3 qaşıq yağ qızdırın. Toyuğu  döş əti üstə olmaq şərtilə tavaya qoyun. Sonra isə üstünə ağırlıq yerləşdirin ki, toyuğu yastı tutsun. Mən adətən toyuğun üstünə alt-üst çevrilmiş yastı qab qoyuram, bunu üstünə isə su dolu balaca qasan.

Toyuğun bir tərəfini orta odda təxminən 15 dəqiqə, və yaxud qızaranadək bişirin. Sonra o biri tərəfinə çevirib, o tərəfi də qızardın. Hazır toyuğu süfrəyə verməzdən əvvəl, üstünə göyərti və nar gilələri səpin. Nuş  olsun!

Mənbə: azcookbook.com