İstehsalat

Azərbaycanın lider quşçuluq müəssisələrindən biri olan "Qaraqaşlı Broyler" ASC "ŞƏFA" əmtəə nişanı ilə istehsal və satış etdiyi halal kəsilmiş toyuq məhsulları xalqımızın məmnuniyyətini qazanmışdır. Neftçala və Salyan rayonlarında yerləşən istehsal sahəmizin tərkibinə: baytarlıq və biotəhlükəsizlik bölməsi, damazlıq yetişdirmə və anaclıq (yumurtama) sahəsi, inkubator sahəsi, yem istehsalı zavodu, broyler bəsləmə sahəsi, kəsim və paketləmə bölməsi, rendrinq (tullantıların emalı) fabriki, hazır məhsul saxlama anbarları daxildir. Bununla yanaşı Bakı şəhərində və regionlarda satış mərkəzləri, firma mağazaları müştərilərimizə xidmət göstərir.

Baytarlıq və biotəhlükəsizlik bölməsi

Baytarlıq və biotəhlükəsizlik bölməsi universal xüsusiyyətə malik olmaqla, sınaq laboratorıyasından, müşahidə sahəsindən, müayinə laboratorıyasından və keyfiyyət nəzarəti sahəsindən ibarətdir. Burada istehsalın bütün sahələrində zəruri sınaq və müayinələrin aparılması imkanı yaradılmışdır. Digər sahələrdə olduğu kimi bu bölmədə də peşəkar və təcrübəli əməkdaşlar fəaliyyət göstərir. Müayinələrin aparılmasında müasir avadanlıq və qurğulardan istifadə edilir.

“Damazlıq yetişdirmə və anaclıq (yumurtama)” sahəsi

3 ədəd yetişdirmə və 8 ədəd anaclıq (yumurtama) damlarından ibarətdir. Bu sahə dünya miqyasında qabaqcıl yer tutmuş şirkətlərin istehsal etdiyi ən son texnoloji avadanlıqlarla təchiz edilmişdir və buda yüksək keyfiyyətli damazlıq yumurta istehsalına şərait yaratmışdır. İstehsal olunan məhsulun keyfiyyətinin saxlanılması və biotəhlükəsizlik baxımından mühafizəsinin təmin edilməsi üçün müasir tələblərə cavab verən soyuducu anbarı da mövcuddur.

“İnkubator” sahəsi

İnkubator sahəsi də ən son texnoloji avadanlıqlarla təchiz edilmişdir. Məhsulun sağlamlığının təmin edilməsi üçün müasir vaksinasiya sahəsi və laboratoriya da mövcuddur. İstehsal olunan birgünlük cücə məhsuldar nəticə əldə edilməsi üçün zəruri sağlamlıq göstəricilərinə malikdir. Keyfiyyətli məhsul əldə edilməsi üçün zəruri olan bütün şəraitə malikdir və istehsal həcmi öz daxili tələbatımızı ödəməklə yanaşı digər istehlakçılara da məhsul təklif etmək gücündədir.

Yem istehsalı zavodu

Becərilən quşların bəslənməsində istifadə edilən dənəvər (granul) yem məhsulu saatda 10 ton istehsal gücünə malik şirkətə məxsus yem istehsalı zavodu tərəfindən təmin edilir. Yemin istehsalında istifadə edilən xam məhsul yalnız təbii yolla yetişdirilmiş qarğıdalı, buğda, soya paxlası və s. məhsullardan istifadə edilir. Zavod ən müasir avadanlıqlarla təchiz edilmişdir və bütün iş prosesi tam avtomatlaşdırılmışdır. Zəruri xam məhsullarının və hazır yem məhsullarının xüsusi saxlanc siloları mövcuddur. Eyni zamanda hazır və xam yem məhsullarının keyfiyyətinin yoxlanılması üçün lazım olan bütün laborator avadanlıq və qurğularla təchiz edilmişdir.

“Broyler bəsləmə” damları

Broyler bəsləmə sahəsində müasir tələblərə cavab verən və son illərdə yenidən qurularaq istifadəyə verilmiş broyler damları fəaliyyət göstərir. Bu sahədə quraşdırılmış avadanlıqlar təbii üsullarla sağlam və standartlara uyğun quşların yetişdirilməsinə təminat verir. Damların hər biri biotəhlükəsizlik baxımından tam mühafizə edilir.

Kəsim və qablaşdırma bölməsi

Kəsim və qablaşdırma bölməsinin maksimum dərəcədə avtomatlaşdırılmış, məhsulun gigiyenik təmizliyinin qorunmasının və insan təmasının minimuma endirilməsi prinsipi üzərində qurulmuşdur. Kəsim və qablaşdırılma prosesində halallıq standartları ən üst səviyyədə gözlənilir və bunun üçün istehsal prosesinin əvvəlindən sonunadək nəzarət mexanizmi qurulmuşdur. İstehsal edilən məhsulun keyfiyyətinin və təbii dadının qorunmasını təmin edən hava ilə soyutma (air chiller) sistemi ilə təchiz edilmişdir. Məhsulun qablaşdırılmasında yalnız xüsusi müayinələrdən keçirilən qida üçün yararlı ləvazimatlardan istifadə edilir.

Tullantıların emalı (Rendrinq) fabriki

Tullantıların emalı (Rendrinq) fabriki istehsal prosesində yaranan tullantıların ətraf mühitə təsirinin azaldılması və təbiətin çirklənməsinin qarşısının almasını təmin edir. Bu məqsədlə müasir avadanlıqlar quraşdırılmışdır və emal prosesi tam avtomatlaşdırılmaqla vaxtaşırı yoxlamalardan keçirilir.

Hazır məhsul saxlama anbarı

Hazır məhsul saxlama anbarında gündəlik istehsal edilən məhsulun dinlənməsi, yerləşdirilməsi və daşınması üçün zəruri olan bütün şərait yaradılmışdır. Anbar təsərrüfatının işi soyuq zəncir temperaturunun qorunub saxlanılması prinsipi üzərində qurulmuşdur və buna əməl edilmsinə nəzarət avtomatlaşdırılmış sistem üzərindən həyata keçirilir. İstehsal olunan məhsulun saxlanc xüsusiyyətləri gözlənilməklə hər çeşid üzrə yerləşdirmə sahəsi ilə təmin edilmişdir. Anbar təsərrüfatında yaradılmış şərait məhsulun yüksək keyfiyyətdə uzun müddətə saxlanılmasına imkan verir.

Satış xidməti sahəsi

Şirkətimizin tərəfindən məhsulumuzun istehlakçılara təqdim edilməsi işi müştəri məmnuniyyəti prinsipi üzərində qurulmuşdur. Bu məmnuniyyətin əldə edilməsi və davamlılığını təmin etmək üçün satış prosesində istifadə edilən texnika və avadanlıqlar ən muasir standartlara cavab verir. Məhsulun keyfiyyətli, təhlükəsiz və gigiyenik tələblərə uyğun şəkildə müştərilərə çatdırılması üçün müvafiq iş rejimi tətbiq edilir. Satış xidmətində çalışan əməkdaşlar xüsusi bilik və bacarıqlara malikdirlər və şirkət tərəfindən onların peşəkarlıqlarının artırılması üçün mütəmadi təlimlər keçirilir. Satış xidmətimizin fəaliyyəti respublikamızın bütün regionlarını əhatə edir.

Broylerin görüntüləri